"Neftçi"ni yıxan futbolçu: "Bu qolu "Windflote"də yaşayan dostlarıma hədiyyə edirəm" MÜSAHİBƏ

13:21 - 22 Aprel 2014

"İkisi bir yerdə olanda istər-istəməz daha da gözəl olur"
 
"Sumqayıt"ın futbolçusu Uğur Pamukun Sportal.az-a müsahibəsi:

- “Sumqayıt” səfərdə “Neftçi”ni  3:1 hesabı ilə məğlub edərək çoxlarını  təəccübləndirdi..
- Düzdür, biz də belə hesabla qələbə gözləmirdik. Bu qarşılaşmada çox gözəl futbol nümayiş etdirdik və 3 qol vurduq. İkisi bir yerdə olanda istər-istəməz daha da gözəl olur.
 
- Bəlkə “Neftçi” “Sumqayıt”ı ciddi rəqib kimi qəbul etmədi və onun nəticəsində məğlub oldu?
- Belə düşünmürəm ki, hansısa komanda kimisə ciddiyə almasın. Ola bilər iki il əvvəl belə idi, amma indi hamı görür ki, “Sumqayıt” necə inkişaf edib, hazırdada komanda doğru yolda irəliləyir, yaxşı komandamız var.
 
- Sanki AFFA prezidenti Rövnəq Abdullayevin “bu mövsüm Premyer Liqanı bir komanda tərk edə bilər” açıqlamasında sonra “Sumqayıt” yuxudan ayıldı və daha yaxşı nəticələr qazanır..
- Yox, AFFA-nın verdiyi qərar nə olursa olsun, biz hər oyuna qələbə üçün meydana çıxırıq və əlimizdən gələni edirik ki, 3 xal qazanaq. Hələ o açıqlama verilməyən zaman da biz istəyirdik ki, son pillədən qurtulaq, çünki biz sonuncu pilləyə layiq komanda deyilik.
 
- Artıq sonuncu pillədən qurtuldunuz...
-  Şükür Allaha. Bunun üçün çox çalışdıq. Bunu biz “Rəvan”la oyunda həll etməli idik, amma alınmadı. Yəqin bu günə qismət imiş.
 
- “Neftçi” ilə vurduğun qol sənin üçün unudulmaz olar?
- Bəli. Bu qolu “Windflote”də yaşayan dostlarıma hədiyyə edirəm. Həmin yer mən qaldığım yerdir, Balaca bir qəsəbədir və həmin qəsəbədə çoxlu azərbaycanlılar yaşayır.

 
- “Sumqayıt”da özünü kifayət qədər sübut edirsən. Amma “Xəzər Lənkəran”da oyunun alınmadı. Buna səbəb nə idi?
- Bunu əvvəlki müsahibələrimdə də demişəm, “Xəzər Lənkəran”da bundan da güclü oynaya bilərəm.  Ora təzə gedəndə formadaydım. Əvvəl “İnter”ə, daha sonra “Rəvan”la oyunda 90 dəqiqə meydanda oldum və həmin oyunda da fərqləndim. Daha sonra baş məşqçi dəyişdi və mənə o qədər dəşans verilmədi. Bir oyunçu üçün də əsas olan oynayıb formasını saxlamaqdır. Ümid edirəm hər şey daha da yaxşı olacaq.
 
Yusif HÜSEYN

Xəbər xətti