"Mançester Yunayted" Moyeslə vidalaşdı

13:33 - 22 Aprel 2014

Moyes istefaya göndərildi
 
"Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Devid Moyesi istefaya göndərib.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilir.

Çoxdan gözlənilən qərarın qəbul edilməsinə komandanın bu mövsüm göstərdiyi qeyri-kafi nəticələr səbəb olub. Keçən bazar MY çempionatın 35-ci turu çərçivəsində keçirilən oyunda Moyesin keçmiş komandası "Everton"a 0:2 hesabı ilə məğlub olub. Beləliklə də "qırmızı şeytanlar" 19 ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazana bilməyiblər. Ölkə çempionatının başa çatmasına 3 tur qalmış komanda 57 xalla turnir cədvəlinin 7-ci pilləsində qərtarlaşıb.


Moyes "Mançester Yunayted"ə 2013-cü ilin yayından rəhbərlik edirdi. Bu postda o, 1986-cı ildən MY-nin baş məşqçisi olan Aleks Ferqyusonu əvəz etmişdi.

Xəbər xətti