Anar Salmanova kəllə vuran futbolçuya 10 oyunluq cəza

15:10 - 22 Aprel 2014

26-cı turun cəzaları məlum oldu
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Şəmkir” – “Energetik” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Neftçala” – “Şahdağ” matçında “Şahdağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Murad Rəcəbov ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təsir göstərdiyi üçün 10 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.

“Mil-Muğan” – “Şuşa” matçının 73-cü dəqiqəsində “Şuşa”nın futbolçusu Kristofer Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

Xəbər xətti