Zanetti üçün vida matçı

17:15 - 22 Aprel 2014

Argentinalı futbolçu "İnter"də məsul vəzifə alacaq
 
“İnter” rəhbərliyi kapitan Xavyer Zanettinin vida matçına indidən hazırlıq görür.
 
Sportal.az xəbər verir ki, mayın 10-da “A” Seriyasında 37-ci tur çərçivəsində keçiriləcək “Latsio” ilə qarşılaşma argentinalı ulduz üçün əlamətdar olacaq. “İnter”in uğurlarında pay sahibi olan Zanetti indi komandanın simvolu sayılır. Odur ki, argentinalı futbolçu karyerasını başa vurandan sonra “İnter” klubunda məsul vəzifələrdən birində yer alacaq. 

Xəbər xətti