Çempion Liqasında yarımfinal həyəcanı: "Çelsi" "Atletiko" ilə bacarmadı YENİLƏNİB

01:45 - 23 Aprel 2014

Mourinyonun komandası səfərdən sərfəli nəticə ilə qayıda biləcək?
 
Bu axşam Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
 
Sportal.az xəbər verir ki, ilk görüş gününə bir qarşılaşma nəzərdə tutulub.
 
Madriddə baş tutacaq qarşılaşmada "Atletiko" və "Çelsi" klubları üz-üzə gələcək. 
 
1/4 finalda "Barselona"nı mübarizədən kənarlaşdıran Madrid təmsilçisi "zadəganlar"ı məğlub etməyə çalışacaq.
 
 
Çempionlar Liqası, yarımfinalın ilk oyunu
 
22 aprel
 
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə) 0:0

Xəbər xətti