"Qarabağ"da Leroy problemi

17:00 - 23 Aprel 2014

Komanda "Neftçi" üçün başlayır
 
Azərbaycan Premyer Liqasının 32-ci turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ" klubu qarşıdakı derbi oyuna hazırlaşır.

Sportal.az xəbər verir ki, bazar günü "Simurq"la qarşılaşdıqdan sonra Bakıya dönən komanda bazar ertəsi istirahət edib.

Çempionatın lideri günün yeganə çalışmasını 17:30-da, Suraxanı qəsəbə stadionunda  keçəcək. "Qarabağ"da cəzalı futbolçu olmasa da "Simurq"la oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Corc Leroyun ağrıları davam edir. Hollandiyalının derbiyə qədər hazır olub-olmayacağı  bəlli deyil.

Qeyd edək ki, bazar günü Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti