Ölkə kubokunun finalında "Neftçi"nin rəqibi "Qəbələ" oldu YENİLƏNİB

20:53 - 24 Aprel 2014

Kubokun finalında kimlər üz-üzə gələcək?
 
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutacaq.

İlk oyunda sərfəli heç-heçəyə imza atmış "Rəvan" doğma meydanda "Neftçi"ni qəbul edəcək. "Qəbələ" ilə səfər matçında 3 cavabsız qolla uduzmuş "Xəzər Lənkəran" isə doğma meydanda sensasiya axtaracaq.

Azərbaycan kuboku, yarımfinal (cavab oyunları)

24 aprel

17:00. "Rəvan" - "Neftçi"  1:3
Qol: Ruslan Qurbanov: 9, Xuan Varea, 17, Flavinyo, 18,Bertuççi,54
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Orxan Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bayıl Arena".
İlk oyun - 1:1.

19:00. "Xəzər Lənkəran" - "Qəbələ"  1:1
Qol: Viktor Mendi: 21, Junior Nildo, 56
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Yaşar Abbasov, Vüsal Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Gülağa Cabbarov
"Xəzər Lənkəran" mərkəzi stadionu.
İlk oyun - 0:3.

Xəbər xətti