"Xəzər Lənkəran" məni qaytarsa, sözsüz ki, gedəcəm"

15:50 - 24 Aprel 2014

Uğur Pamuk: "Heç harda deməmişəm ki, "Xəzər Lənkəran"a qayıtmaq istəmirəm"
 
Bu gün mətbuatda yayılan xəbərlərə görə, "Xəzər Lənkəran"ın "Sumqayıt"da icarə əsasında çıxış edən futbolçusu Uğur Pamukun Lənkəran təmsilçisinə qayıtmaq istəməməsidir.
 
Bu barədə futbolçu öz fikirlərini Sportal.az-la bölüşdü:
 
"Belə bir açıqlama ola bilməz, bilmirəm ki, bu söz-söhbət necə yaranıb. Mən heç harda deməmişəm ki, "Xəzər Lənkəran"a qayıtmaq istəmirəm. Hər şey yaxşı keçsə, mövsümün sonunda "Xəzər Lənkəran" məni qaytarsa, sözsüz ki, gedəcəm. Çünki cənub klubu ilə dekabra qədər müqaviləm var. Bir daha təkrarlayıram ki, "Xəzər Lənkəran" kimi böyük klubda oynamaq hər bir futbolçunun arzusudur".

Xəbər xətti