"Neftçi"nin aparıcı futbolçusu sıradan çıxdı

00:47 - 25 Aprel 2014

Kardozo zədələndi
 
Dünən ölkə kubokunun yarımfinalında "Neftçi" səfərdə "Rəvan"ı 3:1 hesabı ilə məğlub etdi.
 
Sportal.az xəbər verir ki, bu oyunda "Neftçi" ciddi itki ilə üzləşib. Belə ki, oyunun sonlarına yaxın Karlos Kardozo zədələnib. O, oyun bitdikdən sonra bir müddət yerdə qalıb daha sonra isə butsilərini əlinə alaraq, axsaya-axsaya meydanı tərk edib. Lakin onun bazar günü qarşılaşacaqları "Qarabağ" matçına hazır olacağı bildirilir.

Xəbər xətti