"Benfika" və "Sevilya" qələbə qazandı

02:04 - 25 Aprel 2014

"Yuventus" və "Valensiya" məğlub oldu
 
Bu gecə Avroliqada yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, "Benfika" Portuqaliyada "Yuventus"u məğlub edib 2:1.
 
Gecənin digər qarşılaşmasına iki ispan komandası "Sevilya" və "Valensiya" üz-üzə gəlib. "Sevilya" 2:0 hesablı qələbə qazanaraq səfərə rahat yollanacaq.
 
Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra baş tutacaq.

24 aprel

00:05. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) 2:1
Qollar: Garay, 3 , Lima84 - Tevez, 73

00:05. "Sevilya" (İspaniya)  - "Valensiya" (İspaniya) 2:0
Qollar: Mbia, 33 , Bakka, 36

Xəbər xətti