Zidan "Real"ı "Monako"ya dəyişir

16:40 - 26 Aprel 2014

Fransalı ulduz baş məşqçi qismində 
 
"Real"da baş məşqçi köməkçisi işləyən Zinəddin Zidan yayda komandanı tərk edəcək.
 
Sportal.az xəbər verir ki, fransalı veteran futbolçu artıq özünü baş məşqçi qismində yoxlamaq fikrindədir. "Monako" klubunun baş məşqçi postuna dəvət alan Zidan məhz buna görə Madrid təmsilçisinin düşərgəsindən ayrılmaq qərarına gəlib.
 
"Real"ın prezidenti Florentino Peres də fransalı ulduzun qərarını hörmətlə qarşılayıb. Zidanın məşqçi kimi yetişməsində maraqlı olan klub rəhbərliyi onun “Manako”da işləməsinə razılıq verib.           

Xəbər xətti