"Qəbələ" kubokun finalına ev sahibi kimi çıxacaq

13:41 - 28 Aprel 2014

Nominal ev sahibi müəyyənləşib
 
Mayın 22-də  keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib.

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasında “Neftçi” və “Qəbələ” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən, “Qəbələ” klubu Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq.

Azərbaycan kubokunun final oyunu

22 may 2014-cü il (cümə axşamı)

“Qəbələ” – “Neftçi”


Tofiq Bəhramov adına Respublika stadionu

 

Xəbər xətti