"Neftçi" iki legionerini itirdi

16:51 - 28 Aprel 2014

Silva və Ramos cəzalı durumda
 
"Neftçi" "Qəbələ" ilə matçöncəsi  iki itki ilə üzləşib. 
 
Sportal.az xəbər verir ki, Böyükağa Hacıyev Erik Ramos və Denis Silvanın xidmətindən məhrum olub.  Hər iki futbolçu cəzalı duruma düşüb. Erik "Qarabağ"la oyunun 61-ci dəqiqəsində simulyasiya, 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb. Hər iki futbolçu sarı vərəqə limitini doldurublar. Bu səbəbdən onlar "Qəbələ" matçını buraxacaq.  Qeyd edək ki, bu Ramosun 12-ci sarısı olub. O, bundan əvvəl 2 dəfə cəzalı duruma düşüb. Denis isə 4-cü dəfə "sarı" alıb.

Xəbər xətti