Ronaldo Messinin rekordunu qırdı

09:00 - 30 Aprel 2014

Bir mövsümdə 15 qol
 
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə qarşılaşan "Real" (Madrid) rəqibinə 4:0 hesabı ilə qalib gəldi.

Sportal.az xəbər verir ki, bu oyunda dubl edən Kriştiano Ronaldo cari mövsüm qitənin ən nüfuzlu klub turnirində qol sayını 15-ə çatıdırb. Bununla da o, Lionel Messinin (14 qol) rekordunu qırıb.

Ronaldo Çempionar Liqasında bir mövsümdə 15 qol vuran yeganə futbolçu olub.
 
29 yaşlı portuqaliyalı bu mötəbər turnirdə 102 matçda vurduğu 65 qolla Çempionlar Liqası tarixinin ən sərrast futbolçuları arasında Raul Qonzales (71) və Messidən (67) sonra 66 qolla 3-cü pillədə qərarlaşıb.
 

Xəbər xətti