PFL 3 oyunun keçirilmə tarixini dəyişdirdi

17:26 - 30 Aprel 2014

I Divizionda dəyişikliklər
 
May ayında “Araz Naxçıvan” klubunun ev oyunlarının keçirildiyi Naxçıvan Muxtar Respublika stadionunda dövlət əhəmiyyətli tədbirlərin sıxlığını nəzərə alaraq Futbol üzrə Azərbaycan I Divizionunun təqvimində dəyişikliklər edilmişdir.
 
Sportal.az  dəyişiklikləri təqdim edir:

1. Futbol üzrə Azərbaycan I Divizionunda 29-cu turun “Araz Naxçıvan” – “Mil-Muğan” və “Bakılı” – “Energetik” oyunları 11 may 2014-cü il tarixdən 07 may 2014-cü il tarixə keçirilmişdir.

2. Futbol üzrə Azərbaycan I Divizionunda 30-cu turun “Araz Naxçıvan” – “Energetik” oyunu 18 may 2014-cü il tarixdən 12 may 2014-cü il tarixə keçirilmişdir.

 

Xəbər xətti