"Neftçi"nin 5 futbolçusu milli komandada: Foqts Mahir Şükürovu bağışladı

18:01 - 30 Aprel 2014

Ruslan Qurbanov da yığma komandada
 
“Neftçi” PFK-nın 5 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub.
 
Sportal.az xəbər verir ki, Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev, Elvin Yunuszadə və Ruslan Qurbanov mayın 27-də ABŞ yığması ilə San Fransisko şəhərində keçiriləcək yoldaşlıq oyunu öncəsi təlim-məşq toplanışına cəlb ediliblər. Hazırlıq prosesi mayın 20-dən 28-dək ABŞ-da baş tutacaq.

Xəbər xətti