"Neftçi"nin futbolçuları millinin toplanışına gec qatılacaq

13:04 - 1 May 2014

5 futbolçu may-ın 25-də yığma komandaya qoşulacaq
 
May 28-də ABŞ-la qarşılaşacaq milli komandamız may ayının 20-dən 28-ə qədər təlim məşq toplanışı keçəcək.
 
Sportal.az xəbər verir ki, milli komandaya dəvət alan "Neftçi"nin 5 futbolçusu (Rəşad Sadiqov, Ruslan Qurbanov, Mahir Şükürov, Elvin Yunuszadə və Araz Abdullayev) toplanışı 25 may tarixindən etibarən qoşulacaqlar. Buna səbəb, futbolçuların mayın 22-də kubokun finalında "Qəbələ" ilə matçda iştirak etməsidir.

Xəbər xətti