"Neftçi"də "Qəbələ" ilə matçöncəsi 6 itki

14:42 - 1 May 2014

3 cəzalı, 3 zədəli
 
"Neftçi" "Qəbələ"ylə oyuna 6 itki ilə hazırlaşır.

Sportal.az xəbər verir ki, "Neftçi"nin heyətində 3 zədəli və 3 cəzalı futbolçu var.

Bu tur "Qəbələ" ilə keçiriləcək oyunda baş məşqçi Böyükağa Hacıyev Mirhüseyn Seyidov, Ernest Nfor və Bahodir Nasimovun xidmətindən məhrum olacaq. Adı çəkilən futbolçular zədəli olduqlarından 33-cü tur matçını buraxmalı olacaqlar.

 Erik Ramos, Araz Abdullayev və Deniz Silva cəza səbəbindən bu matçda forma geyinə bilməyəcək.

Xəbər xətti