Çempion komanda Şəmkirdə baş məşqçi tərəfindən söyüldü

00:32 - 5 May 2014

Ruslan Abbasov futbolçuları təhqir edib
 
Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb
 
Sportal.az xəbər verir ki, bu “Şəmkir” – “Araz Naxçıvan” matçı zamanı reallaşıb. Belə ki, “Şəmkir”in baş məşqçisi, veteran futbolçu Ruslan Abbasov “Araz Naxçıvan”ın oyunçularını küçə söyüşləri ilə təhqir edib.
 
Abbasov bunu hər kəsin eşidə biləcəyi tərzdə edib.
 
Qeyd edək ki, “Araz Naxçıvan” həmin oyunda 2:1 hesabı ilə qalib gələrək, Azərbaycan çempionu adına layiq görülüb. 

Xəbər xətti