"Qarabağ" dünya reytinqində gerilədi

11:18 - 5 May 2014

Ağdam təmsilçisi 7 pillə gerilədi

 

 Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb.
 
Sportal.az xəbər verir ki,  201 klubun yer aldığı siyahıda bu dəfə də ölkəmizi ancaq "Qarabağ" təmsil edib.
 
Ötən ayla müqayisədə Ağdam təmsilçisi yeddi pillə geriləyib. Hazırda 123 xalı olan "Qarabağ" 119-cu yerdə qərarlaşıb.
 
Qeyd edək ki, siyahıya yenə də  “Bavariya” (354 xal) başçılıq edir. “Real” (Madrid) isə  337 xalla 2-ci pillədədir. "Land of fire Azerbaijan" formalı “Atletiko” isə xal hesabını 315-ə  çatdırıb. Bununla da Madrid təmsilçisi "Barselona"nı qabaqlayaraq 5-ci yerdən 3-cülüyə yüksəlib.

 

Xəbər xətti