Millimizin heyətində dəyişiklik: "Simurq"un futbolçusu getdi, "Qəbələ"li gəldi

13:33 - 5 May 2014

Nəbiyev yığma komandaya dəvət aldı
 
Mayın 6-dan 10-a qədər Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı keçəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
 
Sportal.az xəbər verir ki, zədəli olduğu üçün Ruslan Muradov ("Simurq") heyətdən çıxarılıb. 
 
Onun əvəzinə toplanışa "Qəbələ" klubundan Yusif Nəbiyev dəvət olunub.

Xəbər xətti