"Sumqayıt"ın rekord seriyası qırıldı

16:06 - 5 May 2014

"Gənclik şəhəri" 5 turdan sonra xalsız qaldı
 
“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
 
Sportal.az xəbər verir ki, sonuncu dəfə 27-ci turun “Qarabağ”la martın 23-dəki oyununda 0:3 hesabı ilə uduzan Aqil Məmmədovun yetirmələri 33-cü turda “İnter”dən xal ala bilmədi – 0:2. Mayın 2-də 40 günlük seriyası başa çatan “gənclik şəhəri” təmsilçisi bu müddətdə 2 qələbə qazanıb və 3 heç-heçə etmiş, seriya zamanı 9 qol vurub , 5-ni buraxmışdı.
 
Qırılan bu seriya “Sumqayıt”ın tarixində rekord göstəricidir. Belə ki, Premyer Liqada 3-cü mövsümünü keçirən komanda indiyədək ən yaxşı halda ardıcıl 3 matçda xal əldə etmişdi. Həmin seriya 2012/13 mövsümünün əvvəlində qeydə alınmışdı.

Xəbər xətti