"Neftçi"də Abdullayev şoku

17:16 - 5 May 2014

Komanda hazırlıqlarını davam etdirir
 
“Neftçi” PFK Premyer Liqa çərçivəsində AZAL klubu ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, komandanın bugünkü məşqi klubun bazasında baş tutub.
 
Təxminən saatyarım davam edən məşq zamanı Araz Abdullayev ikitərəfli oyunda qapıçı Pavels Doroşevslə mübarizədə toqquşub və ayaq pəncəsindən zədə alaraq məşqi yarımıq dayandırıb. Həkim müayinəsindən sonra Araz Abdullayevin məşqləri nə zaman bərpa edəcəyinə aydınlıq gələcək.

Xəbər xətti