UEFA PSJ-yə cəzalar yağdırdı

Kluba başqa cəzalar da tətbiq edilə bilər
 
Maliyyə "Fair Play" qaydaları məsələsində son zamanlar ciddi addımlar atan UEFA "Barselona"ya verdiyi, ancaq sonradan təxirə saldığı transfer qadağasının ardından indi də PSJ-yə ağır cəzalar verib.
 
Sportal.az xəbər verir ki, yüksək məbləğli transferlərlə diqqət çəkən Paris təmsilçisi normadan 30 milyon avro artıq pul xərcləyib. Bu səbəbdən qitənin ali futbol qurumu kluba bir neçə cəza verib:
 
- PSJ 60 milyon avronu üç mövsüm ərzində ödəməli;
- Klubun xərclədikləri ilə qazandıqları arasındakı fərq 30 milyon avro avrodan çox olmamalı;
- PSJ Çempionlar Liqasına heyətində 25 deyil, 21 futbolçu ilə getməli (səkkizi aşağı yaş qrupundan);
- PSJ-nin futbolçulara ödəyəcəyi ümumi məbləğ 240 milyon avrodan çox olmamalı, yeni transfer etsə, futbolçularından birini satmalıdı;
- Transfer büdcəsi 60 milyon avronu keçməməlidi.
 
Göstərilənlərə əməl olunmasa, kluba başqa cəzalar da tədbiq ediləcək.
Tarix: 6 May [17:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio