"Real"a çempionluq yolunda ağır zərbə VİDEO

13:13 - 8 May 2014

Madrid təmsilçisi 1 xalla kifayətləndi
 
İspaniya La Liqasının əvvəlki turundan təxirə salınmış bir oyun keçirilib.

Sportal.az xəbər verir ki, Madrid "Real"ı səfərdə "Valyadolid"in qonağı olub.

Fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Real" matçın sonlarına yaxın qapısında top görüb. Bununla da, rəqibi ilə 1:1 bərabərə qalan "Real" klubu çempionluq yolunda ağır zərbə alıb.

"Valyadolid" - "Real" 1:1
Qollar: Osorio, 87 - Serxio Ramos,37


 

Xəbər xətti