"Neftçi" "Qarabağ"ı təbrik etdi

16:38 - 8 May 2014

"Qarabağ" komandasını təbrik edir və Çempionlar Liqasında uğurlar arzulayırıq"
 
“Neftçi” PFK “Qarabağ” klubunu Premyer Liqanın 2013-2014-cü illər mövsümündə çempion olması münasibətilə təbrik edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub prezidenti Sadıq Sadıqov tərəfindən "Qarabağ" FK-ya ünvanlanmış məktubda deyilir:

“Neftçi” ilə yanaşı Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün çempionatlarda iştirak etmiş “Qarabağ” hər zaman iddialı çıxışı ilə diqqəti cəlb edib. Son illər “Neftçi” PFK və “Qarabağ” FK avrokubokların qrup və pley-off mərhələlərindəki uğurlu oyunları ilə ölkə futbolunu layiqincə təmsil etmişlər. “Neftçi” PFK-nın rəhbərliyi, məşqçilər heyəti və futbolçuları adından bir daha “Qarabağ” komandasını təbrik edir və Çempionlar Liqasında uğurlar arzulayırıq".

Xəbər xətti