Messi sükutu pozdu: "Yüksək məbləğdə pul istəməmişəm"

01:37 - 9 May 2014

"Çempionluq bizim üçün çox önəmlidir"
 
"Barselona"nın ulduzu Lionel Messi son vaxtlarda futbolçunun klubdan maaşının artırılmasını tələb etməsi bağlı yayılan iddialara cavab verib.

Sportal.az xəbər verir ki, Messi açıqlamasında bunları deyib:

"Barselona" ilə müqaviləni uzatmaq üçün rəhbərlikdən yüksək məbləğdə pul istəməmişəm. Məni hazırda ancaq La Liqadakı çıxışımız maraqlandırır. Əvvəlki həftələrə nisbətən hazırda daha çox şansımız var. Çempionluq bizim üçün çox önəmlidir. Ümid edirəm ki, birinci olacağıq"

Xəbər xətti