Madrid "Real"ı Naxçıvana gəlir

İspaniya təmsilçisi Naxçıvanda məktəb açır
 
"Araz-Naxçıvan" PFK Azərbaycan I Divizionunun qalibi olduqdan sonra muxtar respublikada uşaq futoblunun inkişafı üçün artıq müəyyən addımlar atılmağa başlayıb.
 
Sportal.az xəbər verir ki, ilk olaraq, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planında futbol məktəblərinin sayını artırmaq, uşaqları futbola cəlb etmək üçün müəyyən tədbirlər görmək və yerli uşaqların inkişafı üçün bəzi futbol akademiyaları ilə müqavilə imzalamaqdı. Artıq Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziriliyinin birgə layihəsi əsasında bu ayın sonlarında futbol məktəblərindən biri istifadəyə veriləcək. Naxçıvanda məktəb açacaq olan komanda isə dünyanın nəhəng klubu "Real"dı.

Madrid təmsilçisinin muxtar respublikaya bu ayın hansı günündə gələcəyi və məktəbi istifadəyə verəcəyi gələn həftə dəqiq bilinəcək.
Tarix: 9 May [17:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Mart 2019
23  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio