Daha bir həmyerlimizin Türkiyə karyerası başa çatdı

00:56 - 10 May 2014

Davud Kərimi artıq Azərbaycandadır
 
Türkiyədə legioner həyatı yaşayan təcrübəli qapıçımız Davud Kərimi "Fəthiyəspor"la müqaviləsini ləğv edib.
 
Sportal.az xəbər verir ki, buna səbəb "Fəthiyəspor"un 1-ci liqadan aşağı düşməsi olub.

Davud Kərimi artıq Bakıdadır. Əlcək sahibi yerli klublarımızdan birində forma geyinmək istəyindədir.

Xəbər xətti