"Arsenal"da 5 illik müqavilə

01:35 - 10 May 2014

Koselni davam qərarı aldı
 
"Arsenal" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, müdafiəçi Loran Koselni London təmsilçisi ilə sözləşməsini 2019-cu ilə qədər uzadıb. Bununla da o, "Arsenal"da yeni müqaviləyə imza atan səkkizinci futbolçu olub.

Qeyd edək ki, L.Koselni bu mövsüm 48 matçda iştirak edib.

Xəbər xətti