"Barselona"nın əfsanəsinin komandadan ayrılacağı tarix müəyyənləşdi

02:27 - 10 May 2014

Kapitan 15 mayda gedir
 
"Barselona" ulduz futbolçusu Karles Puyolla mayın 15-də rəsmən vidalaşacaq.
 
Sportal.az xəbər verir ki, rəsmi mərasimdə prezident Xosep Mariya Bartomeu, rəhbərliyin digər nümayəndələri, Puyolun yaxınları və futbolçular iştirak edəcəklər.
 
Puyol mart ayında "Barselona"dan ayrılacağını elan etmişdi. 2 il sonra başa çatacaq müqavilə ikitərəfli razılıq əsasında pozulacaq.
 
Puyol “Barselona” ilə bir yerdə 6 dəfə İspaniya çempionu olub, 2 dəfə İspaniya kubokunu, 3 dəfə Çempionlar Liqasını qazanıb. Onun aktivində 5 İspaniya Superkuboku, 2 UEFA Superkuboku da var. Puyol həm də klub dünya çempionatının qalibidi.

Xəbər xətti