35-ci turun ən yaxşıları məlum oldu: Kamran Ağayevin rəhbərlik etdiyi siyahıda 4 "Neftçi"li

18:04 - 15 May 2014

Çempion komandadan turun rəmzi yığmasında heç kim yoxdur
 
Premyer Liqada 35-ci turun rəmzi komandası bilinib.
 
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı – Kamran Ağayev (Qəbələ)

Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Laşa Salukvadze (İnter), Karlos Kardoso (Neftçi), Məhəmməd Mirzəbəyov (Sumqayıt)

Yarımmüdafiəçilər – Flavinyo (Neftçi), Draqan Çeran (Simurq), Rəşad Sadiqov (Neftçi), Mirzağa Hüseynpur (Sumqayıt)

Hücumçular – Mikel Alvaro (İnter), Pərdis Fərcad-Azad (Sumqayıt)

Turun ən yaxşı oyunçusu isə “Qəbələ” klubunun qapıçısı Kamran Ağayevdir.

Xəbər xətti