Daha bir əfsanə futbolla vidalaşdı

00:27 - 16 May 2014

"Həqiqətən çətindir"
 
"Barselona"nın kapitanı Karlos Puyol keçirdiyi mətbuat konferansında komandadan getdiyini rəsmən bəyan edib.
 
Sportal.az xəbər verir ki, “Nou Kamp”da təşkil olunan toplantıda gələcəyi ilə bağlı önəmli açıqlamalar verən Puyol belə danışıb: “Qarşıdakı zamanlarda nə edəcəyimi dəqiq bilmirəm, amma baş məşqçi kimi fəaliyət göstərəcəyimi də düşünmürəm. Bəlkə fikrim zamanla dəyişərəm, amma başqa şeylər etmək istəyirəm. Təqaüdə çıxmaq həqiqətən çətindi”.

15 ildir ki, "Barselona"nın şərəfini qoruyan kapitan 558 maçda forma geyinib və 18 qol vurub. Böyük kapitan “Barsa”yla klub turnirlərində bütün titulları qazanaraq, İspaniya millisində də dünya və avropa çempionu adın qazanıb.
 

Xəbər xətti