CSKA Rusiya çempionu oldu VİDEO

01:26 - 16 May 2014

"Lokomotiv" mövsümü üçüncü yerdə  bitirdi
 
Rusiya Premyer Liqasında 2013/2014 mövsümünün qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, son - 30-cu turda Moskvanın CSKA və "Lokomotiv" klubları qarşılaşıb. Görüş CSKA-nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 46-cı dəqiqədə Zoran Tosiç vurub.

Beləliklə, 1:0 hesabı ilə qalib gələn CSKA xalını 64-ə yüksəldib və çempionluğunu elan edib. "Zenit" ikinci, "Lokomotiv" isə turniri üçüncü pillədə tamamlayıb.


 

Xəbər xətti