Rusiya millimizi darmadağın edib qalib oldu

17:26 - 16 May 2014

Yığma komandamız turniri qələbəsiz başa vurdu
 
18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini-turniri başa çatıb.
 
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin son oyununda Rusiya və Azərbaycan komandaları qarşılaşıb. Bayıl stadionunda keçirilmiş oyun 4:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə yekunlaşıb.

Beləliklə, keçirdiyi hər iki oyunu qələbə ilə başa vuran Rusiya yığması turnirin qalibi olub.

Xatırladaq ki, turnir çərçivəsində daha əvvəl keçirilmiş Azərbaycan - İsrail qarşılaşması 0:1, İsrail - Rusiya oyunu isə 1:4 hesabı ilə başa çatmışdı.

Xəbər xətti