"İnter"in kapitanı sərt danışdı: "... kimlər ki, aranı qızışdırmaq istəyir"

13:03 - 17 May 2014

Cavadov Sxadadze ilə probleminə aydınlıq gətirdi
 
Son vaxtlar "İnter"in kapitanı Vaqif Cavadovun komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə problemi olduğu ilə bağlı xəbərlər gəzirdi.
 
Bu məsələyə kapitan Sportal.az-a açıqlamasında münasibət bildirdi:
 
"Nəinki onunla, məşqçilər korpusunda heç kimlə bir problemim yoxdur.  Bu, informasiynı yayanların şəxsi fikrdir, kimlər ki, aranı qızışdırmaq istəyir. Bəzən kiçik söhbətlər olur, o da futbolçu və baş məşqçi arasında olan bir şeydir. Hər şey öz qaydasındadır"

Xəbər xətti