Mövsümün sonuncu turu: "Qəbələ" qalib gəldi, "Neftçi" "Simurq"la xalları böldü, "Xəzər Lənkəran" çempionu məğlub etdi YENİLƏNİB

20:45 - 17 May 2014

Bürünc medalları kim qazanacaq?
 
Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulacaq.

Sportal.az xəbər verir ki, sonuncu - 36-cı turun oyunları eyni gündə baş tutacaq.

"Qəbələ" öz meydanında "Sumqayıt"la, "Neftçi" isə səfərdə "Simurql"a qarşılaşacaq. "Neftçi" və "Qəbələ" müvafiq olaraq turnir cədvəlinin 3-cü və 4-cü pillələrində qərarlaşdığından  bu oyunlar bürünc medalı qazanmaq baxımından hər iki komanda üçün əhəmiyyətlidir.  

Bu qarşılaşmalarla eyni saatda baş tutacaq  AZAL - "İnter" matçı oynanılacaq.

Daha bir oyunda "Rəvan" "Bakı"nı qəbul edəcək. Meydan sahibləri elitanı tərk etməmək üçün mütləq qalib gəlməli və "Sumqayıt"ın "Qəbələ"yə məğlub olmağını gözləməlidir.

Günün və mövsümün son oyunu isə mərkəzi arenada keçiriləcək. Burada çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Xəzər Lənkəran" matçından sonra Ağdam təmsilçisinə çempionluq kuboku, "İnter" komandasına isə gümüş medallar təqdim olunacaq.


17 may (şənbə)

17:00. “Qəbələ” – “Sumqayıt” 3:1
Qollar: Mendi,39, Ebesilio,86, Afolabi 90 - Məhəmməd Qurbanov,7
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov
Qəbələ şəhər stadionu,

17:00. AZAL – “İnter” 1:3
Qollar: Aydın Həsənov,75 - Samir Zərgərov,2, Dieqo Madriqal,9,84
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov
“Şəfa” stadionu

17:00. “Rəvan” – “Bakı” 2:3
Qollar: Adamoviç,90, Varea,90+4 - Rauf Əliev,23, Soliç,83, Tural Qürbətov,90+1
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov
“Bayıl Arena” stadionu,

17:00. “Simurq” – “Neftçi” 0:0
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov
Zaqatala şəhər stadionu


18:30. “Xəzər Lənkəran” – “Qarabağ” 2:1
Qollar: Tyeqo de Xesus,5, Elnur Abdullayev,86 - Kapolonqo,44
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti