"Arsenal" kuboka belə sahib oldu VİDEO

11:05 - 18 May 2014

Qalib əlavə vaxtda müəyyənləşdi
 
İngiltərə Federasiya Kubokunun (FA) qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, həlledici görüşdə "Arsenal" və "Hall Siti" klubları üz-üzə gəlib.

"Uembli" stadionunda keçirilən matçda qapılara 5 qol vurulub. Matçın 90 dəqiqəsində qalib müəyyənləşməyib. Belədə oyunda əlavə vaxta ehtiyac duyulub ki, burada daha bir dəfə fərqlənən Arsen Vengerin komandası görüşdən qalib ayrılaraq kuboka sahib çıxıb.


"Arsenal" - "Hall Siti" 3:2
Qollar: Kazorla, 17, Koselni, 71, Remzi, 109 - Çester,4, Deyvis,8

 

Xəbər xətti