Çempionlar Liqasına birbaşa qrup mərhələsindən qoşulan komandalar

14:46 - 19 May 2014

22 komanda ÇL-ə vəsiqəni təmin edib
 
Çempionlar Liqasının 2014-2015-ci illər mövsümünə birbaşa qrup mərhələsindən başlayacaq komandaların hamısı müəyyənləşib.

Sportal.az xəbər verir ki, 22 komanda ÇL-ə qrup mərhələsindən qoşulacaq.

Siyahı aşağıdakı kimidi:

"Atletiko" (Madrid), "Barselona", "Real" (Madrid) (hamısı - İspaniya), "Mançester Siti", "Liverpul", "Çelsi" (hamısı - İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Şalke 04" (hamısı - Almaniya), "Yuventus", "Roma" (hər ikisi - İtaliya), "Porto", "Sportinq" (hər ikisi - Portuqaliya), PSJ, "Monako" (hər ikisi - Fransa), "Şaxtyor" (Ukrayna), MOİK (Rusiya), "Ayaks" (Hollandiya), "Olimpiakos" (Yunanıstan), "Qalatasaray" (Türkiyə), "Anderlext" (Belçika) və "Bazel" (İsveçrə).

Xəbər xətti