Rednik Sportal.az-a danışdı: "Xəzər Lənkəran"la danışıqlar davam edir, amma..."

14:35 - 20 May 2014

Rumıniyalı baş məşqçi son vəziyyət haqda danışdı
 
Son günlər rumıniyalı baş məşqçi Mirça Rednik "Xəzər Lənkəran"a qayıtmağı ilə bağlı informasiya gəzir.
 
Rednik bu məsələ haqqında son vəziyyəti Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Hələlik rəsmən "Xəzər Lənkəran"ın baş məşqçisi deyiləm. Hazırda klubla mənim aramda danışıqlar gedir, amma yekunlaşmayıb. Sabah yəqin ki, hər şey aydın olacaq".
 
O, Ruminiya mətbuatının "Rednik "Xəzər Lənkəran"la anlaşdı və illik 2 milyon qazanacaq" xəbərinə də münasibət bildirdi:
 
"Belə xəbərlər yalandır. Mən bu haqda rumıniyalı jurnalistlərə heç nə deməmişəm, yalnız sizlərlə danışıram. 2 milyon isə absurd bir rəqəmdir"

Xəbər xətti