Bakı təmsilçisi çempionatdan qovuldu

15:01 - 20 May 2014

İntizam komitəsinin növbəti iclası
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, 1-ci divizionunun sonuncu - 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan-T” - “Neftçala” matçının 43-ci dəqiqəsində “Turan-T” klubunun futbolçusu Aqşin Sadiqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı 1 oyunluq c
üçün əzalanıb, klubu 100 manat cərimə olunub.

“Lokomotiv” - “Şahdağ” matçının 85-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Kənan Cəfərov azarkeşlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Karvan” - MOİK matçının 25-ci dəqiqəsində MOİK-in futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Kəpəz” - “Bakılı” matçında “Bakılı” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak etmədiyi üçün növbəti mövsüm Azərbaycan 1-ci divizionunda çıxış etmək hüququndan məhrum edilib.

Xəbər xətti