"Neftçi" rəsmisi: "Hər iki qərar qəribədir"

16:17 - 20 May 2014

Gündüz Abbaszadə: "Elvin Yunuszadənin cəzası ilə bağlı Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcəyik"
 
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib və "Simurq" - "Neftçi" oyununda Mirhüseyn Seyidova verilmiş qırmızı vərəqənin ləğv edilməsi və Elvin Yunuszadəyə 4 oyunluq cəzalandırılması qərarları qəbul edilib.
 
Bu barədə "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə öz fikirlərini Sportal.az-a açıqladı:
 
"Neftçi"nin futbolçusunun 4 oyunluq cəzalanması bizə qəribə aldı. Əgər söhbət Elvin Yunuszadədən gedirsə, Mirhüseyn Seyidovun vərəqəsinin ləğv olunması da qəribədir.Biz "Neftçi" klubu olaraq, Seyidovun qırmızı vərəqəsinin ləğv edilməsi ilə bağlı İntizam Komitəsinə müraciət etməmişik. İntizam Komitəsi sərbəst şəkildə bu qərarı qəbul edib. Hər iki qərar bizim üçün qəribə gəldi. Bu qərarla razılşamırıq. Elvin Yunuszadənin cəzası ilə bağlı Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcəyik".

Xəbər xətti