Hacıyev və Syomin finaldan öncə jurnalistlərin suallarını cavablandıracaq

17:09 - 20 May 2014

Baş məşqçilər üçün mətbuat konfransı
 
Azərbaycan kubokunun "Qəbələ" - "Neftçi" final oyunundan bir gün öncə - 21 may tarixdə KİV nümayəndələri üçün mətbuat konafransları keçiriləcək.

Sportal.az xəbər verir ki, oyunöncəsi son məşqini 18:00-da keçirəcək "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bundan yarım saat öncə KİV nümayəndələrinin suallarını cavablandıracaq.

"Qəbələ"nin baş məşqçisi Yuri Syominin iştirakı ilə keçiriləcək mətbuat konfransı isə 18:30-da başlayacaq. “Qəbələ”nin oyunöncəsi məşqi 19:00-a planlaşdırılıb.

 

Xəbər xətti