"Xəzər Lənkəran"dan ayrılan futbolçular hansı komandalara gedir?

00:15 - 21 May 2014

Alxasov və Əliyev karyerasını harda davam etdirəcək?
 
Dünən "Xəzər Lənkəran"ın iki gənc futbolçusu Slavik Alxasov və Orxan Əliyevlə komandadan göndərdiyi xəbərini vermişdik.
 
Etibarlı mənbədən Sportal.az-a verilən məlumata görə, cənub klubu Slavik Alxasovu "Neftçi"yə qaytarır. Belə ki, qış fasiləsində "Neftçi"dən transfer olunan Alxasov elə də yaxşı oyun nümayiş etdirə bilmədi.
 
Digər gənc futbolçu Orxan Əliyev də sabiq komandası "Sumqayıt"a qayıdır. Belə ki, Dənizlinin istəyi ilə transfer olunan Əliyev heç bir oyunda əsas heyətdə görsənmədi. "Ağ-yaşıllar" Alxasovdan fərqli Orxanı "Sumqayıt"a icarə əsasında göndərmək niyyətindədir.

Xəbər xətti