"Qarabağ" daha bir futbolçu ilə müqavilə yenilədi

00:29 - 22 May 2014

"Qarabağ"ın formasının haqqını ödəmək üçün əlimdən gələn hər şeyi edəcəm"
 
“Qarabağ” daha bir futbolçu ilə müqaviləni yeniləyib. 2011-ci ilin yanvarından Ağdam təmsilçisinin formasını geyən İlqar Qurbanov növbəti mövsümün sonuna qədər də bu klubun şərəfini qoruyacaq.

Sportal.az xəbər verir ki, Qurbanov bununla bağlı klubun saytına açıqlama verib:
 
“Yenidən bu komandanın formasını geyəcəyim üçün çox sevincliyəm. Artıq 4 ildir “Qarabağ”dayam. Özümü burada evimdəki kimi hiss edirəm. Komandada olan mehribançılıq, kollektivlik bir futbolçu üçün əla stimuldur. Bu il çempion olmağı bacardıq. İndi bizim məsuliyyətimiz daha da artıb. “Qarabağ”ın formasının haqqını ödəmək üçün əlimdən gələn hər şeyi edəcəm. Qarşıda çətin bir mərhələ var. Hər kəs Çempionlar Liqasında bizdən uğur gözləyir. Yaxşı hazırlaşıb, ölkəmizi layiqincə təmsil etməliyik”.

Xəbər xətti