"Xəzər Lənkəran"ın 4, "Qarabağ"ın iki futbolçusu turun rəmzi yığmasında

14:13 - 22 May 2014

Madriqal ən yaxşı oldu
 
Azərbaycan Premyer Liqasında 36-cı turun rəmzi komandası açıqlanıb. "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən mövsümün son turunun ən yaxşı 11-liyi məlum olub.
 
Sportal.az həmin siyahını təqdim edir:

Qapıçı- Pavel Doroşev (Neftçi);

Müdafiəçilər– Vanderson Skarduelli (Xəzər Lənkəran), Tyeqo de Xesus (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ), Tural Cəlilov (Xəzər Lənkəran);

Yarımmüdafiəçilər– Fuad Bayramov (İnter), Benjamin Lambot (Simurq), Elnur Abdullayev (Xəzər Lənkəran), Vüqar Nadirov (Qarabağ);

Hücumçular– Dieqo Madriqal (İnter), Aydın  Qasımov (AZAL).

Premyer Liqanın 36-cı turunun ən yaxşı oyunçusu isə “İnter”in futbolçusu Dieqo Madriqaldı.

Xəbər xətti