"Neftçi" kubokun qalibi oldu YENİLƏNİB

22:47 - 22 May 2014

Əyalət təmsilçisinin ilk finalı
 
Bu gün keçiriləcək Azərbaycan kubokunun final matçı ilə mövsümə yekun vurulacaq.

Sportal.az xəbər verir ki, həlledici görüşdə "Qəbələ" və "Neftçi" klubları üz-üzə gələcək.

Bu komandalar kubokun finalında ilk dəfə üz-üzə gələcəklər. "Neftçi" indiyədək 8 dəfə final oynadığı halda, "Qəbələ" klubu ilk dəfə bu hüquqa yiyələnib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti saat 20:00-da veriləcək.

Qeyd edək ki, hər iki klub yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək.

22 may
Azərbaycan kuboku, final

20:00. "Qəbələ" - "Neftçi" 1:1 (Penaltilər seriyası 2:3)
Qol: Marat,70 - Samir Məsimov,52
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 
"Neftçi": + + - +
"Qəbələ" - - + + -
Qəbələ: 1.K.Ağayev (k), 2. R.Məlikov, 7. M. İzmaylov, 8. N. Hacıyev, 9. V. Mendi, 10. Dodo, 14. L. Ebesilio,16. R.Tağızadə, 18.İ.Niasse, 44.R.Santos, 46. D.Erqaşev


Ehtiyat oyunçular: 30.A.Nəzirov, 19.A.Afolabi, 22.R.Assis, 31. D.Subotiç, 42. L.Silva, 45.M.Musayev, 88. M. Teymurov


Neftçi: 30. S.Stamenkoviç, 2. K.Kardoso, 6. R.Sadiqov (k), 9.Flavinyo, 10.C.İmamverdiyev, 15. E.Ramos, 16. B.Bertuççi, 21. S.Məsimov, 27. M.İsayev, 32. E.Yunuszadə, 90.E.Nfor

Ehtiyat oyunçular: 1.Pavel Doroşevs, 3. D.Kruz, 5. İ.Mitreski, 14. B.Nasimov, 19. M. Seyidov, 23. R.Qurbanov, 8. E. Abdullayev

Xəbər xətti