AFFA "Sumqayıt"a yeni sponsor tapdı

15:54 - 22 May 2014

"Kapital Bank"dan maliyyə yardımı
 
AFFA "Sumqayıt"a daha bir sponsor tapıb.
 
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, federasiyanın baş katibi Elxan Məmmədov himayəsində olduğu kluba bir bankı gətirib. Belə ki, «Kapital Bank» yeni mövsümdən «gənclik şəhəri» təmsilçisinə maliyyə yardımı göstərəcək.

Artıq tərəflər arasında danışıqlar başa çatıb və razılaqmanın bütün detalları məlumdu. Bunun qarşılığında «Sumqayıt»ın ev oyunlarını keçirdiyi stadiona sözügedən bankın adı veriləcək. Hazırda «Sumqayıt»ın rəsmi tərəfdaşları «Paşa Həyat, «Aquavita», AZENCO, «AccsessBank» və «Spektr.Travel»di.

Xəbər xətti