Ruslan Abışov ABŞ-la yoldaşlıq oyunundan danışdı

"İlk iki gündə komanda olaraq yorğunluq hiss olunurdu"
 
Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışov toplanışla bağlı fikirlərini AFFA-nın rəsmi saytına bildirib:

Ruslan Abışov: “Uzun zamandan sonra yenidən bir araya toplaşmışıq. Komandada yaxşı əhval-ruhiyyə var. Gündə iki dəfə olmaqla məşqlərimizi davam etdiririk. Qarşıda ABŞ yığması ilə yoldaşlıq görüşündə qüvvəmizi sınayacağıq. Bu oyun bizim üçün böyük bir təcrübə olacaq. Baş məşqçi Berti Foqts bu görüşdə bəzi yeni oyunçulara şans vermək imkanı əldə edəcək. Bizim üçün nəticə önəmlı olmasa da, oyun baxımından nəyə qadir olduğumuzu görmək istəyirik. Komanda olaraq bu qarşılaşmaya yaxşı hazırlaşırıq.

Güclü rəqiblərlə qarşılaşmaq həm təcrübə, həm də səhvlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Təbii ki, bu cür görüşlərin çox olması biz futbolçuların və ümumi olaraq milli komandanın xeyrinə olacaq. İlk iki gündə komanda olaraq yorğunluq hiss olunurdu. Yuxu və qidalanma ilə bağlı müəyyən problemlərlə qarşılaşdıq. Artıq tam uyğunlaşmışıq, hər şey yaxşıdı”
Tarix: 26 May [11:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2019
26  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio