Millinin heyətində dəyişiklik: "Neftçi"nin futbolçusu yığma komandada

11:35 - 26 May 2014

Vüqar Mustafayev heyətdən çıxarıldı
 
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
 
Sportal.az xəbər verir ki, "Bakı" klubunun üzvü Vüqar Mustafayev zədəli olduğu üçün heyətdən çıxarılıb, Məqsəd İsayev ("Neftçi") toplanışa dəvət olunub.

Xəbər xətti